Yerusəlimdə İsrail qadın polisi bıçaqlanaraq öldürülüb

Yerusəlimin (Qüds) qədim şəhər hissəsinin yaxınlığında bir qadın polis zabitinin ölümü ilə nəticələnən bıçaq hücümündan sonra İsrail polisi 3 fələstinlini güllələyərək öldürüb.

Hücum vaxtı, fələstinlilərin ikisi polis zabitlərinə silahla atəş açarkən üçüncüsü qadın polis zabitini bıçaqlayıb, İsrail polisi bildirib.

Polis hücum edənlərin ikisinin 18-19 yaşları arasında olduğunu və hamısının Qərb Sahilində yaşadıqlarını deyib.

Hazırda Yerusəlimin qədim şəhərini ibadətdə olan minlərlə müsəlman ziyarət edir.

Hücum edənlər əl-Əqsa məscidində cümə namazı qılıblar.

Ramazan bayramı dövründə İsrail Qərb Sahilində yaşayan fələstinlilərin Yerusəlimə gediş-gəlişi üçün yerləşdirilən məhdudiyyətləri azaldır.

Hücumda ən azı 3 nəfər xəsarət alıb. Onların 2-si yaxınlıqda olan və atışma zamanı vurulan fələstinlidir, İsrailin Haaretz qəzeti deyib.

Həlak olan polis zabiti 23 yaşlı Hadas Malka olduğu açıqlanıb.

2015-ci ilin oktyabr ayından indiyədək fələstinli və ya ərəb israillilərin törətdiyi bıçaq, avtomobil və silah hücumları nəticəsində 42 israilli həlak olub.

2015-ci ilin sonundan 2016-cı ilin əvvəlinə qədər bu hücumlar daha tez-tez baş verirdi, lakin son aylar ərzində seyrəlmişdi.

Bu dövrdə əksəriyyəti hücumçu olan 240-dan çox fələstinli öldürülüb, İsraeil deyib.

İsrail hücumlara Fələstin rəhbərliyinin təhrikini təqsirləndirir. Fələstin tərəfi isə onilliklər çəkən İsrail işağının yaratdığı məyusluğu.