Şəkillərdə: Manchester hücumundan sonra təhlükəsizlik tədbirləri

Manchester hücumundan sonra Birləşmiş Krallıqda ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib

London, Trafalgar meydanı, 24 may, 2017

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Britaniyada terror təhlükəsi dərəcəsi "kritik" həddə qaldırılıb. Bu, Manchester Arena konsert zalında bazar ertəsi törədilmiş partlayışdan sonra baş verib. Polisə dəstək məqsədilə ictimai yerlərdə hərbi qulluqçular keşik çəkməyə başlayıb.
Əsgərlər New Scotland Yard-a doğru addımlayırlar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Avtobuslarda gətirilən əsgərlər New Scotland Yard-a doğru addımlayırlar.
Londonun mərkəzində keşik çəkən əsgərlər.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Whitehall ətrafında keşik çəkən əsgərlər.
Britaniya Ordusunun əsgəri Londonun mərkəzində yerləşən 10 Downing Street ünvanında keşik çəkir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Britaniyanın baş naziri 10 Downing Street ünvanında yerləşir. Bu ərazidə də əsgərlər keşik çəkir.
Silahlı polis əməkdaşları Londonun King's Cross stansiyasında keşik çəkdikləri zaman.

Şəklin mənbəyi, REX/Shutterstock

Şəklin alt yazısı, Silahlı polis nəfərləri Londonun King's Cross dəmiryol stansiyası da daxil olmaqla nəqliyyat qovşaqlarında keşik çəkirlər.
Britaniya parlamentinin yerləşdiyi Westminster sarayı qarşısından keçən küçədə silahlı polis keşik çəkir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Polis göstərişinə əsasən, Manchester hadisəsindən sonra Londonda Westminster sarayı ziyarət məqsədləri üçün bağlanıb.
Buckingham sarayının önündə fəxri qaravul dəyişməsi mərasimlərinə fasilə verilib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Buckingham sarayı önündə şoxsaylı seyrçilərin həmişə böyük maraqla izlədiyi fəxri qaravul dəyişməsi mərasimlərinə fasilə verilib. Odur ki, burada keşik çəkən polis əməkdaşları başqa ünvanlara göndərilib.
Polis, Kral atlı qvardiya süvarilərini müşayiət edir.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Atlı polis, Kral atlı qvardiya süvarilərini Londonun mərkəzində hərəkət etdikləri xiyabanda müşayiət edir.
Manchester-də St Ann meydanı.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Manchester-də insanlar, həlak olanların xatirəsini yad etmək üçün St Ann meydanına gül dəstələri və yanan şam gətirməkdə davam edirlər.
Manchester, 24 may 2017. Küçədən keçənlər gül dəstələri, yazılı ithaf və başsağlıqlarına nəzər yetirirlər

Şəklin mənbəyi, Jeff J Mitchell

Şəklin alt yazısı, Manchester-də 24 may 2017-ci il. Küçədən keçənlər ayaq saxlayıb gül dəstələrinə, yazılı ithaf və başsağlıqlarına nəzər yetirirlər.
Polisin səyyar video bölümü Mançester-də Didsbury məscidinin qarşısında mövge tutub.

Şəklin mənbəyi, Joe Giddens

Şəklin alt yazısı, Polisin səyyar video bölümü Manchester-də Didsbury məscidinin qarşısında mövge tutub. Hücumçunun atası bu məsciddə əvəllər azan oxuyub.