You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şimali Koreya "ABŞ vətəndaşı Kim Hak-song-u həbs edib"
Şimali Koreya deyir ki, dövlətə qarşı "düşmən aktlarında" şübhəli bilinən ABŞ vətəndaşını tutub.
Pxenyan Elm və Texnologiya Universitetində (PUST) işləyən Kim Hak-song mayın 6-da saxlanılıb, KCNA dövlət agentliyi xəbər verir.
Hazırda daha üç nəfər ABŞ vətəndaşı, o cüməldən PUST-da dərs verən Kim Sang-duck, Şimali Koreyada saxlanılır.
Keçmişdə ABŞ deyib ki, Şimali Koreya Amerika vətəndaşlarını həbs edərək girov edir.
KCNA agentliyinə əsasən Kim Hak-song-un iddia olunan cinayətləri "müvafiq orqanlar" tərəfindən "ətraflı araşdırılır".
Bundan başqa detallar açıqlanmayıb.
PUST-da əsasən Şimali Koreya elitasının uşaqları oxuyur.
Bu universitet 2010-cu ildə, koreyalı-amerikalı xristian iş adamı tərəfindən təsis olunub. Onu əsasən ABŞ və Cənubi Koreyada yerləşən xristian xeyriyyə təşkilatları maliyyələşdirir.
Deyilənə görə, universitetdə bir sıra xarici müəllim dərs deyir.