You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Millətçilərlə üz-üzə gələn gənc qız: Səfiyyə Xanın fotosu maraq doğurub
İfrat sağçı Englsih Defence Leage-in (İngiltərə Müdafiə Birliyi) İngiltərənin Birmingham şəhərində keçirdiyi nümayişdə etirazçılara qarşı çıxan gənc qızın fotosu sosial mediada böyük marağa səbəb olub.
BBC-ə danışan Səfiyyə Xan, bir qadını müdafiə etmək üçün etirazçı ilə üzləşdiyini deyib.
Onun bu fotosu dəfələrlə paylaşılıb. Səfiyyə müdafiə etmək istədiyi qadının 25 kişi tərəfindən mühasirəyə alındığını görüncə "qorxmadan" etirazçılarla üzləşdiyini deyib.
İngiltərədə doğulmuş Səfiyyə, əslən yarı pakistanlı, yarı bosniyalıdır.
Onun sözlərinə görə, qadın "İslamofobiya" qışqırdıqdan sonra etirazçılar onu əhatəyə alıblar.
O, fotonun internetdə geniş yayılmasına təəccübləndiyini bildirir. "Barmağını üzümə dayadı. Çox aqressiv idi. Orda bir polis var idi və onun barmağını üzümdən çəkdi", Səfiyyə deyir.
İngiltərə Müdafiə Birliyi isə Səfiyyənin "terror qurbanları"nın xatirəsinə bir dəqiqəlik sükutu pozduğunu iddia edir.