You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə Hollandiya səfirinin Ankaraya qayıtmasını qadağan edir
Türkiyə Hollandiyanın onun referendum təşviqatı ilə bağlı nazirlərini ölkəyə buraxmaması ilə əlaqədar bir sıra cavab tədbirləri keçirir.
Baş nazirin müavini Numan Kurtulmus bildirib ki, Niderland səfirinin Ankaraya qayıtması qadağan olunacaq və yüksək səviyyəli siyasi müzakirələr dayandırılıb.
Türkiyə Almaniya, Avstriya, İsveçrədə təşviqat mitinqləri keçirmək istəyir, Hollandiya bu mitinqləri keçirmə cəhdlərini dayandırıb.
Prezident Recep Tayyip Erdoğan hollandları və almanları nasistlikdə ittiham edib.
İstanbuldan BBC-nin müxbiri Mark Lowen deyir ki, iki NATO müttəfiqi - Türkiyə və Hollandiya indi görünməmiş diplomatik böhran yaşayır.
Bu arada Almaniya Kansleri Angela Merkel Erdoğanın "nasistlik" ittihamlarına görə Hollandiyaya "tam dəstək və həmrəylik" təklif edib.