You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Google və Uber pilotsuz avtomobil texnologiyasına görə bir-birini ittiham edirlər
Google və Uber-lə əlaqəsi olan şirkətlər pilotsuz avtomobil texnologiyasını oğurlamaq ittihamlarına görə məhkəmədə görüşə bilərlər.
"Waymo" şirkəti (Google-un pilotsuz avtomobiin hazırlanması dəstəsiylə əlaqədə olan şirkət) San-Francisco federal məhkəməsinə müraciət edərək "Otto" şirkətinə (Uberlə əlaqəsi olan) qarşı iddia qaldırıb.
Waymo şirkəti Otto-nu məxfi sənədlərin və orijinal dizaynların olduğu 14 000 min faylı oğurlamaqda ittiham edir. Burada söhbət xüsusilə, pilotsuz avtomobilin sensor sistemindən gedir.
İddiaçının sözlərinə görə, məlumatları Google-da pilotsuz avtomobil layihəsi rəhbərlərindən biri Entoni Levandovski oğurlayıb. Sonradan Entoni Otto-nun həmtəsisçilərindən biri olub.
"Bizim fikrimizcə, bu əvvəlcədən planlaşdırılıb", - deyə Waymo şirkətinin bəyanatında bildirilir. Şirkətin iddialarına görə, oğurlanmış məlumatlar rəqiblərə qısa müddət ərzində avtomobilin sensor sistemini hazırlamasına kömək edib.
"Reuters" agentliyinin məlumatına görə, Waymo şirkəti Uber-i mübahisə yaradan texnologiyadan istifadə etməməsini və dəyən ziyana görə təzminat ödəməsini tələb edir. Təzminatın məbləği açıqlanmayıb.
"Biz Otto şirkəti əməkdaşlarına qarşı irəli sürülən ittihamları qəbul edirik və Uber bu hadisəni ciddi və diqqətlə araşdıracaq", - deyə Uber-in "France-Press" agentliyinə verdiyi açıqlamada bildirilib.