Prezident Trump-ın Britaniyaya rəsmi səfərinə qarşı petisiyanı yüz minlərlə adam imzalayıb

Donald Trump-ın immiqrasiyanı məhdudlaşdıran sərəncamından sonra yüz minlərlə adam Prezident Trump-ın səfərinə qarşı petisiyanı imzalayıb.

Petisiya 350 000-dən çox imza toplayıb deyə onun Parlamentdə müzakirəsi mümkündür.

Rəsmi səfərin planlaşdırıldığı, Theresa May-in ABŞ-a səfəri zamanı elan olunub, lakin hələ səfərin nə vaxt baş verəcəyi bilinmir.

Downing Street sözçüsü səfərin ləğv olunmasına çağırışlara münasibət bildirərkən deyib: "Biz dəvət etdik və dəvət qəbul olundu".

Britaniyanın müxalifətçi siyasətçiləri hakimiyyəti dəvətə görə kəskin tənqid edib.

London meri Sadiq Khan deyib ki, prezidentin sərəncamı qüvvədə qalarkən bu səfər baş tutmamalıdır.