You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Prezident Donald Trump-ın ilk qərarları
ABŞ prezidenti olaraq ilk addımlarını atan Donald Trump əvvəlki administrasiyadan miras qalmış səhiyyə sisteminə aid sərəncama imza atıb.
Sərəncam Obamacare adı ilə tanınan sığorta proqramı ilə bağlı "tənzimləmənin məhdudlaşdırılmasını" nəzərdə tutur.
Donald Trump həmçinin yeni təyinatlarla bağlı təkliflərini Senata göndərib.
Cümə günü inauqurasiya nitqində Amerikanın sayca 45-ci prezidenti ABŞ maraqlarını hər şeydən üstün tutmağı vəd edib.
Donald Trump-ın seçilməsilə bağlı dünya boyu Qadınlar Yürüşü (Women's March) keçirilir.
Yürüş iştirakçıları yeni admınistrasiya tərəfindən təhlükə altında olduğu iddia edilən irq və gender bərabərliyi məsələlərini diqqət mərkəzində çəkmək niyyətindədirlər.