You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Braziliya təyyarəsinin qəzaya uğraması nəticəsində 76 nəfər ölüb
81 nəfəri, o cümlədən, Braziliyanın Chapecoense futbol klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyada, Medellin şəhərinə yaxınlaşarkən qəzaya uğrayıb, rəsmilər bildirir.
Polis qəzadan sağ çıxan 5 nəfərdən başqa göyərtədə olanların hamısının öldüyünü bildirib.
Boliviyadan uçan kirayə götürülmüş təyyarə Chapecoense futbol komandasının üzvlərini aparırmış, hava limanı rəsmiləri bildirib.
Cənubi Amerika təmsilçisi kubokunun finalında Chapecoense Medellin komandası Atletico Nacional ilə oynamalı idi.
Final oyunu indi dayandırılıb.
Məlumatlarda deyilir ki, təyyarə yerli vaxtla gecə yarısından əvvəl (05:00 GMT) şəhərdən bir az kənarda, dağlıq ərazidə qəzaya uğrayıb.
Medellinin meri Federico Gutierrez hadisəni "böyük miqyaslı faciə" kimi qiymətləndirib, lakin əlavə edib ki, bəlkə də sağ qalanlar var.