Şəkillərdə: Kubalılar Fidel Castro-ya yas tutur

Kubada 90 yaşında vəfat etmiş sabiq prezident və Kommunist inqilabı lideri Fidel Castronun ölümü ilə əlaqədar 9 günlük matəm elan olunub.

Castro yas

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Kubada 90 yaşında vəfat etmiş sabiq prezident və Kommunist inqilabı lideri Fidel Castronun ölümü ilə əlaqədar 9 günlük matəm elan olunub.
Küba'da yarıya inen bayrak

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ölkədə bayraqlar yarıyadək endirilib. XX əsrə damğasını vuran liderin vəfatıyla əlaqədar 9 günlük matəm elan edilib.
Gazetelerde Castro

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kuba inqilabının liderinin vəfatından sonra qəzetlər Castro-nun həyatı barədə onlarla məqalə çap edib.
Yas tutan kız öğrenci

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Castro-nun ölümündən sonra tələbələr Havananın mərkəzinə toplanıb. Bir çoxları üçün Kuba Castro, Castro-Kuba deməkdir.
Castro'ya yas için mum yakan kadınlar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Tələbələr onun portretinin qarşısına qərənfillər qoyur və şamlar yandırırlar
Kübalı çift

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kubada yaşlı bir ər-arvad bir-birinin əlindən tutaraq Castro-nun həyatını anladan qısa filmi izləyirlər.
Havana'da bir berber

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Havanada bir bərbər salonunun divarınlardan Castro-nun fotolarını asıb.
Miami'de kutlama

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ-ın Miami şəhərində yaşayan kubalı müxalifətçilər isə Kiçik Havana meydanına toplanaraq Castro-nun ölməsini bayram edirlər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Castro-nun ölümündən saatlar sonra onu "zalım diktator" adlandırıb.
Kübalı kadın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Miami-də yaşayan bir kubalı qadın şənlikdə kəfkirlə qazana vuraraq rəqs edir. Burada kubalıların çoxu əlində bayraqlarla küçələrə axışaraq Castro-nun ölümünə sevinib.
Küba'da anma

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Castro dekabrın 4-də basdırılacaq. Onun nəşinin külü Santiago de Cuba-ya gətirilənədək kubalılar Havanadakı Jose Marti abidəsi önündə başsağlığı verə biləcək.