Trump seçiləndən sonra Kanadanın immiqrasiya saytı çöküb

Kanadanın immiqrasiya saytında yaranmış fəsadları Donald Trump-ın seçki qələbəsi ilə əlaqələndirilər.
Saytdakı problemlərin Donald Trump-ın qələbəsinə görə ABŞ vətəndaşlarının artan müraciətləri səbəbindən yarandığı barədə fərziyələr var.
Kanada Vətəndaşlıq və İmmiqrasiya nazirliyinin rəsmilərindən şərh almaq mümkün olmayıb.
Bir çoxları saytın çökməsinin səbəbini artıq Kanadaya köçmək istəyən amerikalıların sayının artması ilə izah etsələr də, bəzi ekspertlər digər səbəblərin ola biləcəyini də istisna etmir.
"Bu sadəcə fövqəladə bir təsadüf də ola bilər", Surrey universitetindən professor Alan Woodward deyib.
Buna baxmayaraq, məsələ sosial mediada çoxlu şərhlərə səbəb ola bilər.

Şəklin mənbəyi, Twitter

Şəklin mənbəyi, Twitter

Şəklin mənbəyi, Twitter

Şəklin mənbəyi, Twitter
