You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trump cinsi zəmində yeni iddiaları rədd edir
Respublikaçılar partiyasından prezidentliyə namizəd cinsi zəmində təcavüz barədə yeni iddiaları rədd edib. Donald Trump bildirir ki, ittihamlar ona qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir.
Yeni ittihamlardan biri 2007-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı tərəfindən irəli sürülüb. Daha bir iddia 1990-cı illərə aiddir.
Şimali Carolina ştatında seçicilərə müraciət edən Donald Trump deyib ki, ittiham edənlər "kampaniyanın qarşısını almaq" məqsədini güdürlər.
Onun sözlərinə görə qarayaxma ilə "bir ovuc" adam məşğuldur.
Bu, Donald Trump-a qarşı irəli sürülən ilk ittiham deyil. Respublikaçı namizəd 11 il əvvəl çəkilmiş videoçarxda qadınlar barədə təhqiramiz ifadələr işlətdiyi üçün üzrxahlığını bildirib.
Rəy soğularına görə Donald Trump mühüm ştatlarda malik olduğu mövqeləri itirməkdədir.