20 Yanvar və matəm - arxiv şəkilləri

Bu il 1990-cu il 20 Yanvar hadisələrinin 26-cı ildönümüdür. Yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya basqın etdi.

22 yanvar 1990 - 20 Yanvar poqromlarının qurbanları dəfn edilir
Şəklin alt yazısı, Bu il 1990-cu il 20 Yanvar hadisələrinin 26-cı ildönümüdür.
22 yanvar 1990 - 20 Yanvar faciəsinin qurbanlarının dəfn mərasimi
Şəklin alt yazısı, Yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya basqın etdi.
22 yanvar 1990 - 20 Yanvar faciəsinin qurbanlarının dəfn mərasimi
Şəklin alt yazısı, Nəticədə ən azı 100 adam öldürüldü. Azərbaycan deyirdi ki, qurbanların sayı bir neçə yüzdür.
21 yanvar 1990 - 20 Yanvar faciəsində öldürülənlər üçün matəm yürüşü
Şəklin alt yazısı, Sovet lideri Mixail Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan etmişdi. Bundan sonra o, bu qərarı siyasi karyerasının "ən böyük səhvi" adlandırıb.
20 yanvar 1990 - 20 Yanvar poqromlarının qurbanları, Bakı.
Şəklin alt yazısı, Fövqəladə vəziyyətin elan olunmasının səbəbi, azərbaycanlılarla ermənilər arasında "milli düşmənçilik" və dövlət çevrilişi cəhdi kimi göstərilmişdi.
22 yanvar 1990 - 20 Yanvar qurbanlarının dəfn mərasimi
Şəklin alt yazısı, 20 Yanvar hadisələrindən bir neçə gün öncə, Dağlıq Qarabağda yaşayan ermənilər ərazinin Azərbaycandan ayrılıb Ermənistana qoşulmasını tələb edəndə Bakıda etnik zorakılıq halları qeydə alınmışdı. Eyni zamanda bir çox azərbaycanlının Ermənistan dəstəkçisi kimi qəbul etdiyi Moskva rejimindən ayrılmaq istəyi artmışdı.
22 yanvar 1990 - 20 Yanvar faciəsində öldürülənlər üçün matəm yürüşü
Şəklin alt yazısı, Azərbaycanlılarla ermənilər arasında Dağlıq Qarabağ münaqişəsi bu günədək davam edir.
20 yanvar 1990 - 20 Yanvar poqromlarının qurbanları, Bakı.
Şəklin alt yazısı, 20 Yanvar hadisələri Azərbaycanda Sovet İttifaqının sonunun başlanğıcını qeyd edir.
20 yanvar 1990 - 20 Yanvar poqromlarının qurbanları, Bakı.
Şəklin alt yazısı, 20 Yanvar hadisələrindən sonra başlayan kütləvi etirazlar və nümayişlər nəticəsində Azərbaycan 1991-ci ildə Sovet İttifaqından müstəqillik elan etdi.
22 yanvar 1990 - 20 Yanvar poqromlarının qurbanları dəfn edilir
Şəklin alt yazısı, Digər sovet respublikalarında da Sovet İttifaqından ayrılmaq tələbləri səslənirdi.
22 yanvar 1990 - 20 Yanvar poqromlarının qurbanları dəfn edilir
Şəklin alt yazısı, Hadisəni tədqiq edən insan haqları təşkilatları deyirlər ki, Sovet qoşunlarının reaksiyası həddən artıq zorakı olub və çoxsaylı adamların ölümündə nəticələnib.
22 yanvar 1990 - 20 Yanvar faciəsində öldürülənlər üçün matəm yürüşü
Şəklin alt yazısı, 19-20 yanvara keçən gecə ölənlərin matəmində minlərlə adam iştirak edib.
22 yanvar 1990 - 20 Yanvar faciəsində öldürülənlər üçün matəm yürüşü
Şəklin alt yazısı, Hadisə zamanı ölənlər yanvarın 22-də dəfn olundu. Rəsmi matəm günü 40 gün davam etdi. İnsanlar işə çıxmaqdan imtina etmişdi.
Keşişlər, 22 yanvar 1990
Şəklin alt yazısı, 20 yanvar qurbanlarının dəfnində pravoslav keşişlər də iştirak edirdi.