AXCP fəalı Asif Yusifli həbs edilib

Çərşənbə günü saxlanılan AXCP partiyasının yüksək rütbəli üzvünə sənədlərin saxtalaşdırılması və dələduzluq maddələrilə bağlı ittiham təqdim olunub.
Narimanov rayon məhkəməsinin qərarı ilə Asif Yusifli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
AXCP Rəyasət Heyətinin üzvü polis əməliyyatı nəticəsində tutulub, APA-ya AXCP sədrinin müşaviri Məmməd İbrahim bildirib.
Cənab İbrahim fəala qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu deyib.
