Azərbaycan dəmiryolu niyə modernləşmir?
Azərbaycanda daxili dəmiryol nəqliyyatından istifadə edənlərin sayının azalmasına dair məlumatlara baxmayaraq, Bakı dəmiryol vağzalı adamlarla doludur.
Dəmiryolundan istifadə edənlərin çoxluğuna istifadədə nəinki Rusiya istehsalı vaqonların olması, hətta rayonlararası uçuşların olması da təsir etmir.
Yerli uçuşlarda istifadə olunan müasir təyyarələrə baxmayaraq, neftlə zəngin Azərbaycan dəmiryolunu müasirləşdirə bilməyib.
Vaqonların yüksək olmayan keyfiyyətindən savayı, ölkədə işləyən qatarların sürəti də aşağıdır. Sürətli qatar adlandırılan Bakı-Böyükkəsik maşrutu üzrə qatar 15 saata yaxın son ünvana çatır.
BBC Azərbaycanca müxbiri Nailə Əbdiyeva Azəbaycanda dəmiyrol nəqliyyatının modernləşdirilməməsinin səbəblərini araşdırıb.