Əliyev-Sarkisyan görüşləri: 2008-dən nə dəyişib? - Şəkillərdə tapın

Çərşənbə axşamı keçirilən görüşlə müqayisədə, əvvəlki görüşlərdən yayılan fotolarda iki prezident arasındakı münasibətlər daha yaxın və "mehriban" görünürdü.

Soçi, 5 mart 2011. Foto: AFP Getty
Şəklin alt yazısı, Soçi, 5 mart 2011. İlham Əliyev və Serj Sarkisyanın 2011-ci ilə qədər bir neçə görüşü olub, amma Soçidə keçirilən görüşdən sonra diplomatik danışıqlar dayandırılıb.
Vyana, 19 noyabr 2013. Foto: president.az
Şəklin alt yazısı, 2013-cü il noyabrın 19-da keçirilən görüş isə, iki illik fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yenidən başlamış olub.
Moskva, 2 noyabr 2008. Foto: AFP Getty
Şəklin alt yazısı, Moskva, 2 noyabr 2008. 2011-ci il və əvvəlki görüşlərdən yayılan fotolarda iki prezident arasındakı münasibətlər daha yaxın və "mehriban" görünürdü.
Vyana, 19 noyabr 2013. Foto: president.az
Şəklin alt yazısı, Vyana, 19 noyabr 2013. Çərşənbə axşamı keçirilən görüşdən sonra isə ölkə başçılarının əvvəlki kimi əl sıxmasını göstərən fotolar yayılmayıb.
Sankt-Peterburq, 4 iyun 2009. Foto: AFP Getty
Şəklin alt yazısı, Sankt-Peterburq, 4 iyun 2009. Son illərdə diplomatik görüşlərin keçirilməməsi barədə rəsmi səbəb açıqlanmasa da, bəzi təhlilçilər bunu Ramil Səfərovun Azərbaycana qaytarılıb əfv edilməsi ilə əlaqələndirirlər.
Moskva, 17 iyul 2009. Foto: AFP Getty
Şəklin alt yazısı, Moskva, 17 iyul 2009. Son zamanlar Azərbaycan Ermənistan tərəfini münaqişə üzrə danışıqlarda konstruktiv olmamaqda ittiham edib.
Kişinyov, 8 oktyabr 2009. Foto: AFP Getty
Şəklin alt yazısı, Kişinyov, 8 oktyabr 2009. Ermənistan isə Azərbaycanı və prezidentini müharibə ritorikasında ittiham edir.
Sankt-Peterburq, 4 iyun 2009. Foto: AFP Getty
Şəklin alt yazısı, 2009-cu ildə, Sankt-Peterburq İqdisadi Forumu zamanı keçirilən görüş.
Soçi, Rusiya. 10 avqust 2014
Şəklin alt yazısı, 2014-cü il avqustun əvvəlində cəbhə xəttində gərginliklər nəticəsində hər iki tərəfin əsgərləri həlak olmuşdu. Bundan sonra Rusiya prezidenti Vladimit Putin Soçidə iki tərəfi danışıqlara çağırmışdı.
Paris, Fransa. 27 oktyabr 2014
Şəklin alt yazısı, Daha sonra oktyabrın 27-də Avropa ölkələri də danışıqları bərpa etməyə çalışıb. Fransa prezidenti Francois Hollande Parisdə üçtərəfli görüş təşkil etdi.