Türkiyə İlham Əliyevə "tam inandığını" bəyan edib

İlham Əliyev
Şəklin alt yazısı, İlham Əliyev oktyabrın 9-da keçirilmiş seçkilərdə qalib gəlib.

Cümə axşamı günü Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri ilə bağlı rəsmi açıqlama yayaraq bu seçkinin "demokratiya baxımından onəmli addım təşkil etdiyini" bəyan edib.

Türkiyə xarici siyasət idarəsinin yaydığı acıqlamada İlham Əliyev "Azərbaycanın bölgədə qazandığı müstəsna mövqeyi və mükəmməl səviyyədəki Türkiyə-Azərbaycan əlaqələrinə əhəmiyyətli töhfələri olan prezidenti" adlandrılıb.

"Cənab Əliyevin qarşıdakı dövrdə də istər Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafına, istər Türkiyə-Azərbaycan əlaqələrinin daha da dərinləşdirilməsinə "bir millət iki dövlət" anlayışı ilə töhfə verməyə davam edəcəyinə olan inancımız tamdır" sənəddə bildirilir.