Rusiya ilə müharibədən sonrakı Gürcüstanı təsvir edən şəkillər.
Rusiya ilə müharibədən sonrakı sabiq Sovet Respublikasını təsvir edən şəkillər.
Şəklin alt yazısı, Justyna Mielnikiewicz Qafqazdakı həyatı öyrənmək üçün 11 il əvvəl Gürcüstana gəlib. O, həmçinin Rusiya, Mərkəzi Asiya, Ukrayna və Türkiyəyə dair fotohekayələr çəkib. Bu şəkildə uşaqlar Tbilisinin Nəbatat Bağındakı şəlalədən suya tullanırlar.
Şəklin alt yazısı, Gənc qadın Gürcüstan katolikosu 2-ci İlyanın hər bazar günü şəxsən ibadət keçirdiyi Müqəddəs Üçlük Kilsəsində dua oxuyur. Müstəqiliyin əldə olunmasından sonra tikilmiş kilsə 2004-cü ildə təqdis olunub.
Şəklin alt yazısı, Ənənəyə uyğun olaraq dağ yolundan yarğana aşan maşında həlak olmuş 3 kişinin baş daşını ziyarət edən sürücülər mərhumların xatirəsini şərabla yad edirlər.
Şəklin alt yazısı, Şəhərin qədim hissəsindəki dağ ətəyində yerləşən kiçik kilsədən Tbilisi və Kür çayına açılan mənzərə. Kilsədə narkotikə və digər aludəçilik növlərinə qarşı müalicə sessiyaları keçirilir.
Şəklin alt yazısı, Rusiya əsgərinin keşik çəkdiyi İnquri çayındakı körpü bölgəni iki yerə bölür. Gürcü və abxaz nəzarəti altındakı əraziləri ayıran buraxılış məntəqəsindən qarşı tərəfə piyada və yaxud da at harabası ilə keçmək olar.
Şəklin alt yazısı, Şimaldakı Rusiya sərhədinə doğru aparan Gürcüstan Hərbi Yolu əsirlər boyu müdaxilə və ticarət təmasları qapısı olub. Yol 19-cu əsrdə Qafqaza daxil olan Rusiya hərbiyyəsi tərəfindən abadlaşdırılıb.
Şəklin alt yazısı, Ata ilə oğul Rusiya zirehli maşının yanında. 2008-ci ildəki müharibədən sonra Gürcüstanın əhəmiyyətli hissəsini nəzarət altına almış Rusiya qoşunları daha sonra Tbilisinin hərbi yolla qaytarmağa cəhd etdiyi tanınmamış Cənubi Osetiya daxilinə çəkildi.
Şəklin alt yazısı, Gürcüstanda qonaqpərvərliyə böyük əhəmiyyət verilir. Kənd təssərrüfatı turizimi üzrə firma sahibi olan Vazha Nikolaişvili qonaqlarının şərəfinə sağlıq deyir.
Şəklin alt yazısı, İşsizlik səviyyəsinin yüksək olduğu Gürcüstanda adamlar çörək pulu qazanmaq üçün əllərindən gələni etməyə hazırdırlar. Tbilisinin köhnə xırdavatlar bazarındakı kişi sovet dövrünün bayraq, nişan və simvollarını satır.
Şəklin alt yazısı, Tbilisidən 30 kilometr aralı yerləşən sabiq sənaye mərkəzi olan Rustavi şəhərində əhəmiyyətli abadlaşdırma işləri aparılıb. Bu sənaye obyektlərinin bağlandığı və yaxud da istehsalın ixtisar olduğu bölgələrdə alternativ iş yerlərinin yaradılmasına yönələn səylərin təzahürüdür.
Şəklin alt yazısı, Gürcüstanın şərqindəki Kaxeti bölgəsində kökü qədim məhsul bayramlarına aid Alaverdoba qeyd olunur. Yerllilər bayram günü Alaverdi Kafedral Kilsəsi yanında rəqs edib, içki içirlər. Bütün şəkillər Justyna Mielnikiewicz-ə məxsusdur.