YAP seçkilərə İlham Əliyevlə "gedəcək"

Azərbaycan prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
APA hakim Yeni Azərbaycan Partiyasının 5-ci qurultayından yazır ki, qurultay iştirakçıları bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə Əliyevin namizədliyini "yekdilliklə" səs veriblər.
İlham Əliyev həm də, yenidən partiyaya sədr seçilib.
Sədr müavinləri isə, birinci xanım Mehriban Əliyeva, AMEA prezidenti Akif Əlizadə, baş nazirin müavini və Qaçqınlar üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov və deputat Əli Əhmədov seçilib.
