Misir Mərdanov işdən çıxarılıb

Misir Mərdanov

Prezident İlham Əliyevin verdiyi sərəncama görə təhsil naziri Misir Mərdarnov işdən azad edilib.

Həmin vəzifəyə Mikayıl Cabbarov təyib olunub. Bundan əvvəl o, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi idi.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alınan sərəncamlar cümə günü imzalanıb.