Rusiyada meteor yağışına görə ən azı 950 adam xəsarət alıb
Qərbi Rusiyanın üzərindən keçən meteor yağışı nəticəsində ən azı 950 adam yaralanıb.
Yaralananların çoxu əzinti və kəsik kimi yaralardan əziyyət çəkir, ancaq ən azı 46 nəfər hələ də xəstəxanadadır.
Prezident Vladimir Putin deyib ki, o, əhalinin sıx yaşadığı yerlərdə böyük fraqmentlərin düşməməsinə görə Allaha şükür edir.
Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, meteorlar bir sıra partlayışlara səbəb olub və göydə alovlu qırıntılar buraxdığına görə yağış altı şəhərə ziyan vurub.
Şok dalğaları Ural dağlarındakı Çelyabinsk şəhərində pəncərələri partladıb.
Məktəblərin birində bir neçə uşaq şüşə qırıntılarından yaralanıb.
Meteor fraqmentlərinin yerə düşüb-düşmədiyi hələ ki, məlum deyil. Yerli xəbər agentlikləri deyib ki, yer silkələndiyi üçün sakinlər araslnda panika yaranıb.
Bu videonu Sergey Hametov göndərib.