Əvəz Zeynallının məhkəməsi hakimə görə təxirə salınıb

Əvəz Zeynallının məhkəməsinə ailəsi, iş yoldaşları və yaxınları gəlib.
Şəklin alt yazısı, Əvəz Zeynallının məhkəməsinə ailəsi, iş yoldaşları və yaxınları gəlib.

Rüşvət tələb etməklə ittiham edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi bir həftə təxirə salınıb.

BBC Azərbaycancanın müxbirinin məlumatına görə, qərara səbəb, məhkəmə hakiminin xəstələnməsidir.

Əvəz Zeynallıya qarşı ötən ilin oktyabrında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri ilə cinayət işi açıb.

Hazırda onun barəsində rüşvət alma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə maddələri ilə ittihamlar qalmaqdadır.