"Axşam evimizə çörək aparmaq istəyirik", Bakıda taksi sürücülərinin etirazı

Martın 13-də Bolt şirkəti ilə əməkdaşlıq edən taksi sürücüləri aksiya keçiriblər. Onlar tariflərin aşağı, şirkət faizlərinin isə yüksək olduğunu iddia ediblər.
Bolt aksiya iştirakçılarından bir nəfəri qəbul edib və ona qiymətləri 3 günə tənzimləyəcəyini bildirib.
Şirkətdən BBC-yə bildirilib ki, Bolt sürücülərinin gəlir səviyyəsi yüksəkdir və sürücülər üçün yaxşı şəraiti təmin etmək istiqamətində işlər davam etdirilir.
Videonu BBC News Azərbaycanca üçün Şəhla Kərim çəkib.
Videoya YouTube kanalımızda baxın.
