You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Tehran və Bakı arasındakı diplomatik gərginlik digər sahələrdəki əməkdaşlığa da “təsir edəcək” - XİN sözçüsü
Rəsmi Bakı hesab edir ki, yanvarn 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum zamanı İran polisinin hadisəyə müdaxilə etməməsi onun əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.
Azərbaycan bir nəfərin öldüyü, iki nəfərin yaralandığı hücumu terror aktı kimi qiymətləndirib, İran hadisənin şəxsi motivlər səbəbindən baş verdiyini bildirib.
Azərbaycan Xarici İşlər nazirliyinin sözcüsü Ayxan Hacızadə fevralın 6-da keçirdiyi mətbuat konfransında bildirib ki, səfriliyin qarşısında dayanan diplomatik polis silahlı olsa da, hadisəyə müdaxilə etməyib və rəsmi Bakıda İrandan bununla bağlı izahat istəsə də cavab almayıb.
VideoyaYouTube kanalımızda baxın.