“Ayağım qırılaydı burada ev aldığım yerdə”, Xırdalan sakini

Yanvarın 24-də Abşeron rayonunun Xırdalan şəhərində Bünyad Səfərov 10 küçəsinin sakinləri məişət tullantılarının günlərlə daşınmamasına etiraz ediblər.
Sakinlər iddia edirlər ki, onların aksiya etmək niyyətini öyrənəndən sonra aidiyyəti qurumlar məişət tullantılaırnı daşıaraq ərazini təmizləyiblər. Onlar BBC-yə əvvəlki vəziyyəti əks etdirən video görüntülər təqdim ediblər.
Abşeron rayon icra hakimiyyətinin Xırdalan şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyindən BBC-yə bildiriblər ki, hazırda ərazi tullantılardan təmizlənib.
Videonu BBC News Azərbaycanca üçün Şəhla Kərim çəkib.
Videonu YouTube kanalımızda izləyin.




