Bakıda AXCP üzvlərinin etirazı: "Aksiyadan əvvəl saxlananlar olub"

Bu gün bəzi AXCP üzvü, siyasi fəallar Bakı şəhər icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.
Onlar "siyasi məhbuslara azadlıq, "azad seçki, köklü demokratik dəyişikliklər, quru sərhədlərinin açılması kimi tələblər səsləndiriblər.
Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.
AXCP sədri Əli Kərimli sosial media hesabında yazıb ki, polis hələ aksiya başlamamışdan əvvəl 100-ə qədər AXCP fəalını evində və ya yollarda həbs edib. O, polis tərəfindən saxlandığı deyilən 58 nəfər siyasi fəalın adı olan siyahı yayıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, saxlanan yoxdur, polis askyaya cəhd gösətərənləri sadəcə ərazidən uzaqlaşdırıb.
Videonu Əminə Məmmədova BBC üçün çəkib.
Videonu YouTube-da izləyin.

