You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İkinci Qarabağ müharibəsində cəbhəyə çağrılmış keçmiş hərbçilər aksiya keçiriblər
Video açılmasa, YouTube-da izləyin.
İkinci Qarbağ müharibəsi zamanı səfərbərliklə cəbhəyə çağırılmış, amma müharibədə döyüşə göndərilməyən keçmiş hərbçilər onlara müharibədə olmalarını təsdiqləyən status verilməsini istəyirlər.
Bazar ertəsi Müdafiə Nazirliyi önünə toplaşan bir qrup keçmiş hərbçi onlara "müharibə iştirakçısı" və ya "müharibə veteranı" adı verilməməsindən narazıdır.
Müdafiə Nazirliyindən BBC-yə verilən açıqlamaya görə, aksiya iştirakçılarına dəfələrlə bildirilib ki, birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara "Müharibə veteranı" adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.
Qurum bəyan edir ki, bu status döyüş əməliyyatlarında iştirakı təsdiqlənən şəxslərə verilir.
Videonu BBC üçün Əminə Məmmədova çəkib.