Astara sakini: "Adama bir dənə çörək ye, yaşa. Gərək belə olmasın"

Video açılmasa, YouTube-da baxın.

63 yaşlı Bəxtiyar Məmmədov Astaranın Süparibağ kənd məscidinin müəzzinidir. O bizə həyat hekayəsini danışıb.

O, ailənin həyat yoldaşının aldığı 120 manatlıq maaşla dolanmağa çalışdığını söyləyir.

Onun ailəsilə yaşadığı Suparibağ kəndi İranla həmsərhəddir, quru sərhədlər açıq olanda İrana gedib-gəlirmiş.

Onun həyat yoldaşı xərçəngdən əziyyət çəkir. Bəxtiyar Məmmədov buna görə onlara heç kimin yardım etmədiyini deyir.