"İcra başçısı dedi ki, get, dilənçiliyini elə" - Astara sakini
- Müəllif, Aygül Mehman, Izolda Ağayeva
- Vəzifə, BBC News Azərbaycanca
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Astaranın Səlivə kəndində yaşayan gənc ailə üç uşağını dolandıra bilmir.
"O gün qızım mənə dedi ki, ana, qarpız al. Yalandan dedim ki, qarpız dərmanlıdır, yetişər, sənin üçün alaram. Daha deyə bilmədim ki, yoxdur da", - Aytəkin Məmmədova danışır.
BBC News Azərbaycancaya müsahibədə onlar deyib ki, bəzən 1-2 ay ac-susuz qalırlar.
Ailə rayon rəsmilərinin onlara yardım etmədiyini deyir.
Aytəkin Məmmədova bildirib edib ki, kömək üçün üz tutduğu Astara rayon icra başçısı Qəzənfər Ağayev ona "çıx bu qapıdan. Bura dilənçilik yeri deyil, get, dilənçiliyini elə" deyib.
Astara rayon İcra Hakimiyyəti bu iddianı rədd edib.


