You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Almaniyadan deportasiya olunan siyasi fəallar: onları Azərbaycanda nə gözləyir?
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca, Bakı
Video açılmırsa, YouTube-dan izləyin.
Son bir ildə Almaniyadan Azərbaycana deportasiya olunduqdan sonra bir neçə nəfər polis tərəfindən saxlanılıb və daha sonra həbs olunublar.
Ailələri və müdafiəçiləri deyirlər ki, artıq Almaniyadan deportasiya ediləndən sonra beş müxalifət fəalı həbs olunub. Bir il əvvəl Mütəllim Orucov Azərbaycana gətirilib və sonra həbs olunub. Sonuncu həbs olunansa Samir Aşurov olub. Buna kimi Almaniyadan Azərbaycana deportasiya olunan Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli həbs olunublar.
Onların dördü Azərbaycan Cinayət Məcəlləsinin narkotik maddə əldə etməkdə, saxlamaqda və satmaqda, Samir Aşurov isə sağlamlığa qəsdən ağır zərər vurma maddəsi ilə ittiham olunublar.
Həbs olunan siyasi fəalların vəkilləri deyir ki, ittiham olunan şəxslər işgəncə altında etirafa məcbur ediliblər. Daxili İşlər Nazirliyi isə bütün iddiaları rədd edir.
Həbs olunanların hamısı Almaniyada yaşayarkən Azərbaycan hökuməti əleyhinə mitinqlərin və müxtəlif etiraz aksiyalarının iştirakçısı olublar.