Bakıda işçilərin etirazı: “5 aydır maaş ala bilmirik”

Video açılmırsa, YouTube-da izləyin.

Cümə günü Bakıda PMD şirkətinin layihəsində işlədiklərini deyən bir qrup şəxs maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.

İşçilərdən bəzisi üç, bəzisi azı beş aydır maaşlarını ala bilmədiyini deyirlər.

PMD şirkətinin mənzilləndiyi Port Baku Mall-un qarşısına toplaşan işçilər əmək haqlarının dərhal ödənilməsini istəyirlər.

"PMD Projects" MMC şirkətindən BBC News Azərbaycancaya bildirilib ki, narazı şəxslər onların layihəsini icra edən subpodratçı şirkətlərdən birinin işçiləridir və "PMD Projects" öz maliyyə ödənişlərini vaxtlı-vaxtında həyata keçirirlər.

Şirkət bildirib ki, narazı şəxslər birbaşa onların işçiləri olmasa da, "PMD Projects" maaşını ala bilməyənlərin probleminin həlli üçün müvafiq addımlar atılmasına qərar verib.

Videonu BBC News Azərbaycanca üçün Əminə Məmmədova çəkib.