You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Etiraz edən sürücülər: "Ya kömək edərlər, ya da maşınları burada qoyub gedəcəyik"
Video açılmırsa, YouTube-da izləyin.
Bazar ertəsi günü Bakıda Ukraynaya yük daşıyan maşınların sürücüləri Dövlət Gömrük Komitəsi qarşısında etiraz ediblər.
Onlar iddia edirlər ki, Azərbaycanda çox qaldıqları üçün cərimə olunublar.
Dövlət Gömrük Komitəsi BBC News Azərbaycancaya bildirib ki, onlara hər hansı cərimə "tətbiq edilməyib".
"Ancaq mövcud qanunvericiliyə müvafiq olaraq yük nəqliyyat vasitələri yol vergilərinə cəlb olunub."
Videonu Əminə Məmmədova çəkib.