You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Xocalı sakini: "Şuşaya ona görə gedə bilmirəm ki..."
- Müəllif, Aygül Mehman, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca, Bakı
Video açılmırsa, YouTube-dan izləyin.
30 ildir ki, Xocalıdan məcburi köçkün olan ailələr Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
BBC News Azərbaycancaya danışan hər üç Xocalı köçkünü deyir ki, Bakıya gəlib çıxanadək Azərbaycanın müxtəlif bölgələrində yaşayan qohum-əqrəbalarının evinə sığınıblar.
Onlar bu zaman kəsiyində keçdikləri çətinliklərdən bəhs etmək istəmirlər. Düşünürlər ki, çətinliklərdən danışsalar, ən çətin zamanlarda onlara qucaq açmış, evində yer vermiş, yeməyini bölüşmüş şəxslərin xətrinə dəyə bilərlər.