NATO-nun genişləndirilməsi: Şərqi Avropa ölkələri Moskvanın siyasətindən asılı olmaq istəmirlər

    • Müəllif, Qriqor Atanesyan
    • Vəzifə, BBC

Son aylar NATO və Rusiya arasında əsasən Ukraynaya görə gərginlik yaşanır. Amma Rusiyanın iddiası daha geniş ərazini - bütün Şərqi Avropanə əhatə edir. Bu ölkənin diplomatları ABŞ-dan və onun müttəfiqlərindən NATO-ya 1997-ci ildən sonra qəbul edilmiş ölkələrin alyansdan çıxarılmasını tələb edirlər.

Onlar iddia edirlər ki, 1990-cı illərdə Vaşinqton Moskvaya söz verib ki, NATO şərqə doğru genişləndirilməyəcək, amma sonra vədinə əməl etməyib. "Hiylə gəldilər. Sadəcə aldatdılar, utanmazcasına" - ötən ilin dekabr ayında Rusiya prezidenti Vladimir Putin belə demişdi. NATO-nun Baş katibi Jens Stoltenberg buna cavab olaraq bildirmişdi ki, belə bir vəd olmayıb.

Amma Şərqi Avropa ölkələri hesab edirlər ki, onların taleyi bu mübahisədən asılı olmamalıdır və NATO-ya üzvlük Washington-la Moskva arasındakı danışıqların yox, həmin ölkələrin öz canatımlarının, maraqlarının və qorxularının nəticəsidir.

Onların bəziləri onillər boyu məcburən sosialist düşərgəsində təmsil olunublar və NATO-ya üzv olmaq istəklərini 1989-90-cı illərdə - sovet qoşunları hələ onların ərazisindəykən bildiriblər.

1989-cu ilə SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze Almaniyann birləşdirilməsi məsələsini müzakirə etmək üçün NATO-nun Baş Qərargahında olub. Az sonra Polşa, Çexoslovakiya və Macarıstanın XİN rəhbərləri də ora səfər ediblər, amma onları alyansla ikitərəfli əməkdaşlıq maraqlandırıdı.

Amerikalı tarixçi Mary Elise Sarotte NATO-nun şərqə doğru genişlənməsindən bəhs edən "Heç bircə qarış da" kitabında yazır ki, Moskva öz formal müttəfiqlərinin hərəkətlərini görürdü və Sov.İKP MK-nın xarici siyasət şöbəsində sədrin məsləhətçisi vəzifəsində çalışan Nikolay Portuqalov SSRİ-nin NATO-ya üzvlüyü məsələsinin müzakirəsini təklif etmişdi.

Sarrote Johns Hopkins Universitetinin əməkdar professorudur. O öz araşdırmalarında Şəqri Almaniyanın gizli polis təşkilatı "Ştazi"nin artıq gizli olmayan sənədlərinə, ADR XİN-in və keşmiş Amerika prezidentləri ata Georg Bush və Bill Clinton-un arxivlərinə, həmçinin onlara yaxın çevrələrin sənədlərinə istinad edir.

"1989-cu ildə Berlin divarı söküləndən, demək olar, dərhal sonra bilindi ki, "soyuq müharibə" nəticəsində yaranmış dünya düzəni dağılır. O zaman sual yaranmışdı: bundan sonra nə olacaq?" - BBC-yə açıqlamasında Sarotte belə deyib.

Onun sözərinə görə, həmin dövrdə Mərkəzi və Şərqi Avropa ölkələri fəaliyyətə keçmək üçün imkan yarandığını görüblər: "Qərbə doğru ilk addımı Macarıstan atdı - Avropa Ittifaqının sələfi olan Avropa İqtisadi Birliyinə üzv olmaq üçün 16 noyabr 1989-cu ildə quruma rəsmi ərizə göndərdi. Bu, dəqiq tarixdir: 16 noyabr 1989-cu il".

Sarotte həmçinin qeyd edib ki, bundan az sonra ABŞ prezidenti Georg Bush və Britaniyanın Baş naziri Margaret Thatcher də daxil, müxtəlif siyasətçilər Mərkəzi və Şərqi Avropa ölkələrinin Varşava Müqaviləsi Təşkilatından çıxarmasıyla bağlı fikirlər səsləndirməyə başlayılar: "Artıq 1990-cı ilərin əvvəllərində onların NATO-ya üzvlüyü haqqında fərziyyələr meydana gəldi".

O, kitabına Çexoslovakiya pezidenti Václav Havel-in məsləhətçisinin 1989-cu ildə dediyi sözləri də daxil edib: "Çexoslovakiya üzvlük üçün müraciət etsə, NATO buna necə cavab verəcək?"

Sarotte həmin illərdə NATO-nun genişləndirilməsinin daha əvvəl verilmiş vədlərə zidd olub-olmadığını dərindən araşdırır. Arxiv sənədlərinə istinad edən tarixçinin təsvir etdiyi mənzərə mürəkkəbdir. 1990-cı ildə ABŞ-ın Dövlət katibi James Baker və Almaniya kansleri Helmut Kohl SSRİ lideri Mixail Qorbaçova Almaniyanın birləşdirilməsinə Moskvanın mane olmayacağı təqdirdə NATO-nun şərqə doğru genişləndirilməyəcəyini əd ediblər.

"¬Biz başa düşürük ki, təkcə Sovet İttifaqı üçün yox, digər Avropa ölkələri üçün də bu təminatın olması vacibdir: əgər ABŞ NATO çərçivəsində Almaniyadakı mövcudluğunu davam etdirəcəksə, NATO-nun hərbi yurisdiksiyası şərqə doğru bir qarış da irəliləməyəcək" - Qorbaçovla söhbətlərindən birində Baker belə deyib. Sonralar sovet lideri belə bir söhbətin olmadığını bildirib. Amma arxivlərdəki stenoqramlarda məhz belə yazılıb.

Məsələ burasındadır ki, Dövlət katibinin həmin təklifi prezident Georg Bush tərəfindən təsdiqlənməmişdi. Bundan az sonrasa güzəşt məsləsi özü-özlüyündə aradan qalxmışdı: sovet iqtisadiyyatının çökməsi və Almaniyadakı seçkilərdə birləşmə tərəfdarlarıın qalib gəlməsi prosesi qaçılmaz etmişdi.

Bush kansler Kohlu inandırmışdı ki, güzəştə ehtiyac yoxdur və o, birləşmə üçün "yaşıl işıq" müqabilində Moskvaya çox ehtiyac duyduğu kreditləri verməyə hazırdır.

Tarixçi həmçinin yazır ki, sovet elitasındakı konservatorların üsyanından ehtiyat edən Kol və sosialist düşərgəsi ölkələrinin liderləri 1989-1991-ci illərdə sərt bəyanat və addımlardan yayınmağa çalışıblar.

Onların qorxduğu hadisə - Qorbaçova qarşı üsyan 1991-ci ilin avqustunda baş verdi və SSRİ-nin dağılmasında katalizator rolunu oynadı.

1994-cü ildə isə NATO-nun "Sülh naminə əməkdaşlıq" proqramı yaradıldı. Bu proqrama sosialist düşərgəsi ölkələri - Rusiya da daxil olmaqla, keçmiş sovet respublikaları və iki neytral ölkə - Avstriya və isveçrə qatıldı.

Oxsford Universitetinin müəllimi Dimitar Bechev BBC-yə açıqlamasında deyib ki, Şərqi Avropa ölkələrinin NATO-ya üzvlük motivləri və üsulları fərqli olub. Onlar yeni dövrün fərqli təhlükələrindən ehtiyat ediblər: üç Baltika ölkəsi Rusiyanın mümkün ilhaqından müdafiə olunmaq istəyib, Balkanlardakı qarşıdurmanın əsas mənbəyi isə keşmiş Yuqoslaviyadakı qanlı etnik münaqişələr olub.

Bechev bütün hallarda məqsədin eyni olduğunu vurğulayır: "Bu ölkələr təhlükəsizlik axtarırdılar. NATO üzvlüyü o deməkdir ki, sənə hücum etməyəcəklər, sənin ərazi bütövlüyünə təhlükə yaratmayacaqlar. Alyansa üzvlük həm də ABŞ-la xüsusi münasibətlər deməkdir, onun müttəfiqi statusunu qazanmaqdır".

Bir üzvə hücumun bütün üzvlərə aid olmasıyla bağlı NATO nizamnaməsindəki maddəni nəzərdə tutan ekspert qeyd edir ki, "Bu ölkələrin çoxu müdafiə sahəsində ABŞ-la əməkdaşlıq razılaşması imzalayıb. Amerikayla əlaqə və 5-ci maddə bu çox sayda münaqişə görmüş bölgədə təhlükəsizlik üçün daha bir örtük yaradır".

Bechev həmçinin qeyd edir ki, o vaxt üzvlük məsələsinə münasibət hətta bir-birinə qonşu olan ölkələrdə də fərqli ola bilirdi. Rumıniya hələ 1994-cü ildə tərfdaşlıq məsələsini NATO-ya üzvlük vasitəsi hesab etsə də, Rusiyayla tarixi əlaqələrə və NATO-ya və Avropa İttifaqına eyni vaxtda üzv olmaq arzusuna görə Bolqarıstanın mövqeyi nisbətən ziddiyyətliydi.

Hər iki ölkə NATO-ya 2004-cü ildə - Latviya, Litva, Estoniya, Slovakiya və keşmiş Yuqoslaviya respublikası Sloveniyayla birlikdə üzv oldu. Daha əvvəlsə (1999-cu ildə) SSRİ-nin üç keçmiş müttəfiqi - Çexiya, Macarıstan və Polşa alyansa qoşulmuşdular.

Hazırda Rusiya NATO qoşunlarının bu ölkələrdən çıxarılmasını tələb edir. Qurumun hərbi birləşmələri həmin ərazilərə Krımın Rusiya tərəfindən ilhaqından sonra yerləşdirilib - alyans məhz bu hadisədən sonra özünü əvvəlki öhdəliklərindən azad hesab edib.

Dimitar Bechev deyir ki, qoşunların yerləşdirilməsi məsəlləsinə hətta Ukraynadakı müharibədən sonra da bütün ölkələrin münasibəti eyni olmayıb:

"2015-2016-cı illərdə Türkiyənin Rusiyayla münasibətləri korlanada NATO-nun Qara dənizdə operativ qrupunun yaradılması məsələsi müzakirə edilib, ancaq Bolqarıstan buna mane olub. Bu ölkə həmişə bölgənin Almaniyası rolunda çıxış edib".

Amma Bechev qeyd edir ki, Rusiyanın qoşunların çıxarılmasıyla bağlı tələbi NATO üzvü olan müxtəlif Şərqi Avropa ölkələrinin elitaları tərəfindən eyni dərəcədə narazılıqla qarşılanıb. Onun sözlərinə görə, Ukrayna ətrafındakı gərginlik alyans daxilində həmrəyliyin daha da artmasına xidmət edib.

Ekspert deyir ki, hətta Macarıstan lideri Victor Orban kimi Rusiya yönümlü siyasətçilər belə NATO-dan çıxmaq məsələsinə ciddi yanaşmırlar:

"Bəzilər həm alynasda olmaq, həm də Rusiyayla yaxın münasibətləri qoruyub saxlamaq istəyirlər. Onların heç biri NATO-dan çıxmağa hazırlaşmır. Türkiyə NATO-dan çıxmayacaq, Macarıstan NATO-dan çıxmayacaq, Çexiya NATO-dan çıxmayacaq".

Bu ölkələr alyans üzvü kimi ABŞ-a çıxış və təhlükəsizlikləri üçün təminat əldə ediblər. Onlar Rusiyayla təkbətək yox, arxalarında digər ölkələrin dəstəyi olaraq danışırlar - Bechev belə deyir.

O həmçinin qeyd edir ki, NATO-nun yeni üzvlərinin təhlükəsizliklə bağlı təminat əldə etmələri məsələnin bir tərəfidir, digər tərəfdə alyansın demokratiyanı yaymaq funksiyası var və bu məsələdə daha uğur qazanılıb. Hazırda NATO-da Türkiyə, Macarıstan və Polşa kimi üzvlər var ki, onların hökumətlərini demokratik adlandırmaq çətindir.

Bechev xatırladır ki, 1990-cı illərdə NATO-ya üzv olmaq üçün demokratiyanın mövcudluğu şərti vardı: "Ancaq üzvlükdən sonra bu şərtə əməl edilməsiylə bağlı heç bir mexanizm yoxdur. Avropa İttifaqında da bu problem var, amma orda ən azı maliyyə mexanizmləri mövcuddur".

O qeyd edir ki, NATO-da bu məsələ alyansın əsası qoyulandan aktual olub: Portuqaliyada onillər boyu Salazarın avtoritar rejimi hökm sürüb, Yunanıstanda "qara polkovniklərin" xuntası mövcud olub, Türkiyədə hərbi çevrilişlər baş verib.

"Demokratiyanı yaymaq arqumenti heç vaxt nandırıcı səslənməyib. NATO-nun hədəfi bu deyil. Alyans buna vasitəçilik edir, amma birbaşa əlaqə yoxdur" - Bechev belə deyir.