Bi+seksual olduğu üçün bullinqə məruz qalan məktəblinin anası: "Övladımın arxasındayam!"

    • Müəllif, İlkin Həsənov, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, youtube-dan izləyin.

Azərbaycan məktəblərindən birində təhsil alan bu şagird məktəbdə 8-ci sinifdən bullinqə məruz qaldığını deyir. O iddia edir ki, ona bullinq həm məktəbin şagirdləri, həm də müəlimlər tərəfindən olunub və o uzun müddət bu barədə susduqdan sonra danışmaq qərarına gəlib.

O deyir ki, bütün zorakılıqlar və təhqirlərlə bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayət edib.

O daha sonra şikayətlərinin nəticəsini görmədiyi üçün Ailə, Qadın, Uşaq məsələləri üzrə Komitəyə, Ombudsmana, Təhsil Nazirliyinə və təhlükəsizliyinin qorunması üçün Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlayır. O, şikayətlərini bəziləri onlayn olmaq şərtilə yazılı etdiyini deyir. Lakin təhsil nazirliyindən cavab almadığını əvəzində qurumun onunla görüşmək üçün psixoloq göndərdiyini deyir.

Təhsil Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, bu məsələ araşdırılıb, həmin şagirdə zəruri psixoloji yardım göstərilib və qarşılıqlı ünsiyyətin qorunmasının vacibliyi nəzərə çatdırılıb.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov BBC News Azərbaycancaya məsələnin aidiyyatı qurumların nəzarətində olduğunu və araşdırıldığını bildirib. Lakin Bəşarət Məmmədov şagirdin itihamlarının deyilən səviyyədə olmadığını deyir.

bullingə məruz qalan məktəbli Elina Hacıyeva Azərbaycan məktəb Təhsil Nazirliyi LGBTQ+ LGBT LGBT haqları insan haqları insan hüquqları