You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakıda aksiya: "Rədd olsun diktatura, Saleh bəyə azadlıq"
Video açılmırsa, YouTube-da izləyin.
Bu gün Bakıda həbsdə 40 gündür ki, aclıq edən Saleh Rüstəmova azadlıq tələbi ilə aksiya keçirilib.
Fəvvarələr meydanındakı aksiyanın polis tərəfindən dağıdılması zamanı saxlananlardan bəzilərinin sonradan sərbəst buraxıldığı bildirilir, yerli media mənbələri qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası aksiyada 30 nəfərə yaxın şəxsin saxlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bu gün saat 12 radələrində "bir qrup şəxs" Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında "xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib."
"Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar", - DİN rəsmisi qeyd edib.
Saleh Rüstəmov AXCP-yə pul göndərməkdə ittiham edilərək həbs edilib.
O, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Birinci Qarabağ müharibəsinin, o cümlədən 1993-cü il Başkənd əməliyyatının fəal iştirakçısı olub.
Fotoları və videonun müəllifi Əminə Məmmədovadır.