Azərbaycanın Akkord şirkətindən narazı qazaxıstanlılar: "Bizə atıblar!"

Video açılmırsa, YouTube-da izləyin.

Qazaxıstanda Azərbaycan tikinti şirkətinin subpodratçısı olmuş Marat Unqarov ala bilmədiyini iddia etdiyi pullar üçün Azərbaycan hakimiyyətinə müraciət edir.

O, BBC News Azərbaycancaya deyir ki, 40 kilometrlik yol tikintisi üçün tender əldə etmiş Azərbaycan şirkəti "Spik Akkord" iki ildir ki, onlara olan borcunu ödəmir.

Axmetxan Timurbay oğlu da Akkorddan pulunu ala bilməyənlərdəndir. O digər yoldaşlarından fərqli olaraq, əməyinin qarşılığını ala bilmədiyi üçün Akkordla yollarını daha tez ayırıb.