You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Tofiq Yaqublu aksiyadan sonra: "Amansızcasına döydülər, elə bildim boğub öldürəcəklər"
Video açılmasa YouTube-da izləyin.
Bakıda keçirilmiş Saleh Rüstəmova dəstək aksiyasında iştirak edən müxalifət təmsilçisi Tofiq Yaqublu polis tərəfindən döyüldüyünü, saxlanılan zaman ona işgəncə verildiyini deyib.
Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.
"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaqdır,", - Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib.