Neftçi futbol klubu narıncı forma geyinir, "Qadınlara qarşı zorakılığa son" kampaniyasına qoşulur
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-da izləyin.
Neftçi peşəkar futbol klubu bu həftə oyuna narıncı rəngli forma ilə çıxacaq. Onun ön hissəsində "qadına qarşı zorakılığa son" şüarı yazılmış olacaq.
Bu klubun tarixində ilk haldır ki, komanda ağ və qara rəngindən fərqli rəngli forma ilə oyuna çıxır və qadınlara qarşı zorakılığın dayandırılması kampaniyasına qoşulur.
Baş Prokurorluq bildirib ki, Azərbaycanda bu ilin ilk doqquz ayı ərzində zorakılıq cinayətləri nəticəsində 51 qadın ölüb, 24-ü isə xəsarət alıb.

Şəklin mənbəyi, UN Azərbaycan





