Respublika günündə Bakı sakinləri: "Əfsuslar olsun ki, umduğumuz kimi qeyd olunmur"

    • Müəllif, Səadət Akifqızı, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca

Video açılmırsa, YouTube-dan izləyin.

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Azərbaycan Demokratik Respublikasının yaradılması 1918-ci il mayın 28-də Tbilisidə Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

ADR 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

BBC News Azərbaycanca Bakı sakinləri ilə bu gün haqqında düşüncələri ilə bağlı söhbətləşib.