You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Eurovision 2021: İtaliya qalib gəlib, Azərbaycan 20-ci yerdə
Niderlandın Rotterdam şəhərində Eurovision 2021 mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. Qalib Zitti E Buoni mahnısı ilə İtaliyanın Maneskin rok qrupu olub. Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, bu qrup 524 bal toplayıb.
İkinci yerə Voila adlı mahnını ifa etmiş Fransa təmsilçisi Barbara Pravi çıxıb, üçüncü yeri Tout l'Univers mahnısı ilə Gjon's Tears adı altında çıxış etmiş İsveçrəni təmsil edən ifaçı Gjon Muharremaj tutub.
Azərbaycanı Eurovision 2021-in finalında Mata Hari mahnısı ilə təmsil edən Samira Əfəndi 65 xal toplayıb və 20-ci yerdə qərarlaşıb.
Rusiyanı təmsil etmiş tacik əsilli müğənni Manija 204 bal toplayaraq 9-cu yeri tutub.
Ukraynanı təmsil edən Go_A qrupu Shum mahnısı ilə 5-ci yerdədir.
Embers adlı mahnını ifa etmiş Britaniya təmsilçisi James Newman tamaşaçılardan heç bir xal almayıb və sonuncu yerdə qərarlaşıb.
Mata Hari mahnısı
Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.
Mahnı müsabiqəsi Hollandiyanın Rotterdam şəhərində keçirilir.
Samira Əfəndinin rəsmi musiqi videosuna Eurovision mahnı müsabiqəsinin Youtube kanalında 5 milyondan çox baxılıb.
Rotterdamda müsabiqə 2020-ci ildə keçirilməli olsa da, müsabiqə COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı.
Samira Əfəndi Azərbaycanı Eurovision 2020-də Cleopatra (Kleopatra) mahnısı ilə təmsil etməli idi, lakin COVİD 19 pandemiyasilə əlaqədar müsabiqə təxirə salınmışdı.
Video: İctimai TV və Eurovision Song Contest YouTube səhifəsi.
Video açılmırsa YouTube-dan izləyin.