You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İtkin düşən azərbaycanlı hərbçinin atası: "Bilirəm ki, oğlum burada, qarın altında yoxdur"
Video açılmırsa, YouTube-dan izləyin.
Azərbaycanda 20-dən çox ailə aylardır ki, İkinci Qarabağ müharibəsində itkin düşmüş yaxınlarının taleyindən bixəbərdir.
Azərbaycanın müxtəlif bölgələrindən olan ailələr bir neçə aydır ki, bir sıra dövlət orqanları qarşısında itkin sayılan hərbçilərin axtarışının, nəhayət ki, bir nəticə verməsi tələbini qaldırıblar.
Valideynlər övladlarının taleyi barəsində məlumatsızlıqdan narazıdırlar və onların çoxu yaxınlarının əsir götürüldüyünü düşünür.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən BBC News Azərbaycancaya deyiblər ki, "hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda baş çəkdiyi Azərbaycan vətəndaşı yoxdur".
Azərbaycan Müdafiə Nazirliyindən bildirirlər ki, hazırda axtarışlar gedir.
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində hər iki tərəf birlikdə 6 minə yaxın hərbçisini itirib.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən, martın 27-nə olan məlumata görə, İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların siyahısında 28 nəfər var.