Bu gün Gəncə, Bərdə və Beyləqan atəşə tutulub

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycan və erməni qüvvələri arasında bir həftədir ki, davam edən müharibədə Azərbaycanın 24 mülki vətəndaşı ölüb, 121 nəfər isə yaralanıb, hakimiyyət bildirir.

Qarabağdakı separatçı qüvvələr isə indiyədək 18 mülki şəxsin öldüyünü bəyan edib.

Gəncəyə iki gündür ki, dalbadal atılan raket hücumları nəticəsində 1 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bu gün Bərdəyə düşən raketlər bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub, bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat verib.

Məlumata görə, Ermənistan silahlı qüvvələri oktyabrın 5-də səhər saatlarından etibarən Beyləqan rayonunu, Gəncə və Bərdə şəhərləri ağır artilleriyadan atəşə tutulub.

Ermənistan tərəfi şəhərlərin vurulması məlumatlarınının həqiqətə utğun olmadığını deyib. Eyni zamanda erməni tərəfi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Xankəndi və Şuşanın "raket atəşinə tutulduğunu" göstərən görüntülər yayııb.

Azərbaycan hakimiyyəti 7 günlük döyüşlər dövründə Cəbrayıl şəhərini və 20-dən çox kəndi işğaldan azad etdiyini bildirir.

gence

Şəklin mənbəyi, Valery Sharifulin/ Getty Images