Tovuz döyüşlərində həlak olan əsgər Elşad Məmmədovun atası: "Mərmi posta düşdü, oğlumu öldürdülər"

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Tovuzun Ağdam kəndinin sakini, müddətdən artıq xidmət edən baş əsgər Elşad Məmmədov döyüşlərin ilk günlərində həlak olanlardandır.

Elşad Məmmədov 2 ildən çox imiş ki, müddətdən artıq xidmət edib.

Elşad Məmmədovun atası deyir ki, oğlunun bu peşəni seçməyinə qarşı olub.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlərdə son günlərdə "nisbi sakitlik" yaranıb.

Atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham ediblər.

İyulun 12-də başlayan döyüşlərdə Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.