Tovuzun cəbhə bölgəsinə yaxın kəndinə mərmi düşüb - müxbirimiz həmin yerdən xəbər verir

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Tovuza ezam olunmuş müxbirimiz cəbhəyə yaxın kənd ərazisində son vəziyyəti izah edir.

Hazırdə ərazidə sakitlik olsa da, dünənki atışmada cəbhəyə yaxın kəndlərə mərmi düşüb, müxbirimizlə danışan sakinlər deyiblər.

Beş gündən çoxdur ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedir.

Atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham ediblər.

İyulun 12-dən bəri davam edən döyüşlərdə Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.