"Kür çayının quruması o demək deyil ki, bizim təkcə su problemimiz olacaq,"- ətraf mühit məsələləri üzrə tədqiqatçı Şahanə Bilalova

    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Video açılmırsa YouTube-dan izləyin.

Sual vaxtı YouTube proqramında İlkin Həsənovun qonağı ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin tədqiqatçısı Şahanə Bilalovadır.

O, Azərbaycanda Kür və Araz çayları hövzəsində müşahidə olunan su qıtlığından, onun yaranma səbəblərindən, su çatışmazlığının iqtisadi və sosial nəticələrindən və məsələnin həlli yollarından danışıb.