Bakıda mövsüm meyvələri niyə bahadır?

    • Müəllif, Günel Səfərova & Cəmilə İbrahimova
    • Vəzifə, BBC News Azərbaycanca

Video açılmırsa, YouTube-dan izləyin.

Bakı bazarlarında mövsüm meyvələri göz oxşasa da, qiymətləri heç də hamının ürəyincə deyil.

Regionlarda çox ucuza satılan meyvələrin Bakıda baha satılması az adamı narahat etmir.

Bəs görəsən Bakıda meyvələrin qiymətinin bahalığına nə səbəb olur?

Bunu meyvəçiliklə məşğul olanlardan, kənd təsərrüfatı malları satanlardan və Kənd təsərrüfatı Nazirliyindən soruşduq.