You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan polisi nüfuzuna əhəmiyyət verirmi?
- Müəllif, Cəmilə İbrahimova & Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-dan izləyə bilərsiniz.
Bu gün 102 yaşını qeyd edən Azərbaycan polisi bəzən təqdir, bəzən isə tənqid edilir.
İcazəli və icazəsiz etiraz nümayişlərində polislərin vətəndaşlarla qəddar davranışları, koronavirusa görə elan edilmiş xüsusi karantin günlərində polis və vətəndaş münasibətləri, Yasamalın Dadaş Bünyadzadə küçəsində evlərə çevik polis alayının daxil olması, polisin bir gəncə tualet təmizlətdirdiyi iddia olunan videolar və bütün bunlarda əlavə, polisə qarşı korrupsiya iddiaları onların nüfuzuna kömək etmir.
Bəs, polis nüfuzunu qaldırmaq üçün nə edir və yaxud buna əhəmiyyət verirmi?