"Vəziyyət vahiməlidir", Kür çayı quruyur, su problemi artır

    • Müəllif, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verib.

Sakinlər deyir ki, iki həftədir, Kürün səviyyəsi aşağı düşüb və çayda şirin su azaldıqca da Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradıb.

Azərsu Açıq Səhmdar Cəmiyyəti də belə bir problemlə üzləşildiyini təsdiqləyir.

Qurumdan bildirilib ki, Azərsunun və Neftçala Rayon İcra Hakimiyyətinin 10-dan artıq avtomobili ilə su daşınması həyata keçirilir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov bildirib ki, Kür çayında suyun azalması təbii səbəblərlə bağlıdır və çayda suyun səviyyəsi azalıb deyə Xəzərdən gələn su müəyyən müddət orada problem yaradıb.

Qurum hazırda bu problemin aradan qalxmaqda olduğunu bildirir.

Neftcala

Şəklin mənbəyi, Other