You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Maskadan istifadə etməməyə görə cərimələr 2 dəfə artırılır
Azərbaycanda karantin dövründə maskadan istifadə etməməyə görə cərimələr iki dəfə artırılır.
Milli Məclisin bazar ertəsi günü keçirilmiş iclasında karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrin 2 dəfə artırılmasına qərar verib.
Azərtac xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.
Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəzərdə tutulmuş cərimələr də iki dəfə artırılıb. Bundan sonra bu cərimələrin miqdarı fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər 800 manat məbləğində olacaq.
Koronavirus pandemiyasına görə, ölkə ərazisində martın 24-dən tətbiq olunan karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda avqustun 1-dək uzadılıb.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
İndiyədək Azərbaycanda 16400-dən çox şəxsdə koronavirus infeksiyası aşkarlanıb, 200-ə yaxın şəxs vəfat edib.